Bakıda dünən intihar etdiyi deyilən şagirdlərin – Mətanət Quliyeva və Əfruz Səmədovanın yaxınları danışıb.
Baku TV əməkdaşları Qobu qəsəbəsində olub, şagirdlərin valideynləri ilə hadisəni təfərüatını öyrənməyə çalışıblar.
Mərhum Mətanət Quliyevanın atası Elşən Quliyevin sözlərinə görə, qızlar sefi çəkdirirmiş:
“Onlar şəkil üçün ora çıxıblar. Biri sürüşüb, digəri də onu tutmaq istəyib. İkisi də yıxılıb. İntiharla bağlı heç bir dəlil yoxdur”.
E.Quliyev bildirib ki, üç övladı var. M.Quliyeva onun üçüncü övladı olub.
Bildirək ki, Əfruz Səmədova evin yeganə övladı olub. Onun valideyinləri özlərini yaxşı hiss etmədikləri üçün danışmaq istəməyiblər.
Qeyd edək ki, martın 9-u günorta saatlarında Abşeron rayon Qobu qəsəbəsi 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri 2004-cü il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və Səmədova Əfruz Rafiq qızı Lökbatan qəsəbəsində yerləşən 9 mərtəbəli binanın damından özlərini ataraq intihar ediblər.
Hadisəylə bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırmalar davam etdirilir.
Ətrafı süjeti təqdim edirik:
[media=http//www.youtube.com/watch?v=bc4biBYK6Xs&feature=emb_title]
İntihar edən məktəbli qızların valideynləri: “Şəkil üçün ora çıxıblar” - Video
10
mart
17:47

Qarabağ
KOMMENTLƏR
İntihar edən məktəblilərin müəllimi DANIŞDI: - "Biz də şokdayıq"
Məktəblilərin intiharı: Sərt karantin qərarı verənlər bu haqda düşünəcəkmi?
Bakıda intihar edən yeniyetmə qızların kimliyi bilindi
İntihara cəhd etdiyi deyilən qızın atası danışdı
Bakıda “avtoşluq” edən həkim qızı qəza törətdi - Anası polisi hədələdi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat