Bərdə rayonunda qadının sevgilisini yandırmasının təfərrüatları məlum olub.
Hadisə martın 7-də baş verib. Bakı şəhər sakini, 25 yaşlı Əliəhəd Eyvazov yanıq xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Xəstəxanadan bildiriblər ki, Ə.Eyvazov sifətinin hər iki tərəfi, qulağın, boyunun ön və arxa səthinin, döş qəfəsinin yuxarı hissəsi, hər iki əlinin 1-ci, 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri alıb.
Hadisənin təfərrüatı barədə danışan Ə. Eyvazovun anası Sevil Eyvazova bildirib ki, hadisə qızla oğlanın evlənməsi üstündə baş verib. Bir dəfə ailəli olmuş və bir uşaqla boşanan 33 yaşlı Sevinc Məmmədova sosial şəbəkələr vasitəsilə Bakıda Əliəhəd Eyvazovla tanış olub. Sevgili olan cütlük bir müddətdən sonra evlənməyə qərar versə də, oğlanın anası buna etiraz edib. Nəticədə oğlanla qız ayrılıb. Ana oğlunun özündən böyük və boşanmış bir uşaq anası ilə evlənməsinə razılıq verməyib. Bundan sonra sevgililər ayrılıb.
Martın 7-də qızın atası, Bərdə rayon sakini Natiq Məmmədov Ə.Eyvazova zəng vuraraq onunla görüşmək istədiyini deyib və bunun üçün onun Bərdə rayonuna gəlməsini istəyib.
Ə.Eyvazov Bərdəyə gedib. Burada N.Məmmədov Ə.Eyvazovla restoranda yeyib-içəndən sonra oğlanı evinə aparıb. Ə.Eyvazov evə daxil olan kimi N.Məmmədov onun qollarını tutub, qızı Sevinc Məmmədova isə bir şüşə spirti oğlanın başına tökərək ona od vurub.
S.Məmmədova, həmçinin Ə.Eyvazovun başına balta ilə zərbə endirmək istəsə də, atası onun bu hərəkətinə mane olub. Amma ürəyi soyumayan qız spirti oğlanın başından tökərək ona od vurub. Oğlanın yandığını görən ailə onu çətinliklə söndürüb. Yaralı xəstəxanaya yerləşdirilib.
Qızın atası Natiq Məmmədov isə deyib ki, guya Ə.Eyvazov ona zəng edərək qızının onunla əxlaqsız hərəkətlər etdiyini bildirib. N. Məmmədov da Ə.Eyvazova zəng vuraraq onu görüşə çağırıb və həmin faktları qızının üzünə deməsini istəyib. Oğlan qızla üzbəüz olarkən həmin faktları deyib və S.Məmmədova da Ə.Eyvazovun üzərinə spirt tökərək ona od vurub.
Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.(trend)
Bərdədə qız sevgilisini niyə yandırdı? - TƏFƏRRÜATLAR
11
mart
15:46

Qarabağ
KOMMENTLƏR
Bərdədə qız görüşdüyü oğlanı niyə yandırıb? – Oğlanın anası danışdı + VİDEO
Bərdədə ŞOK OLAY - 25 yaşlı oğlan sevdiyi qızın ailəsi tərəfindən yandırılıb
Bakıda özünü yandıran qadın öldü
Rusiyada dəhşət: Azərbaycanlı rus sevgilisini zorakılıqla öldürdü...
Dayə 1 yaşlı uşağı öldürdü — Abşeronda baş verən dəhşətli cinayətin TƏFƏRRÜATI-VİDEO
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat