Gəncədə saat 17:20 radələrində yol-nəqliyyat hadisəsi baş verib.
KİA markalı avtomobil idarəetməni itirərək magistral yoldan çıxıb. Qəza nəticəsində avtomobil yararsız vəziyyətə düşüb.
Hadisə zamanı avtomobilin içərisində 3 nəfər-ana və iki oğlu olub. Avtomobili idarə edən şəxs ağır xəsarət alıb. O, hadisə yerində olan hərbçilər tərəfindən dərhal Gəncə Mərkəzi Xəstəxanasına aparılıb. 
Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, bir müddət sonra qəza yerinə polis əməkdaşları gəlib.скачать dle 12.1