Martın 22-də Xəzər rayonu ərazisində Kərimov Ramiz Nurulla oğlunun təzyiq xəstəliyi ilə əlaqədar səhhətinin pisləşməsi nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Bu barədə Xəzər rayon Prokurorluğundan məlumat verilib.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Meyitin daxili müayinəsi zamanı baş beyin yarımkürələrinin geniş qansızması aşkar olunmuşdur. Qeyd olunan xəsarətlərin küt əşyanın təsirindən təkrar zərbələrlə yetirilməsi zamanı törədilməsi müəyyən edilmişdir.
Aparılmış araşdırmalarla hadisənin zərərçəkmişin oğlu İlqar Kərimov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ramiz Kərimovun baş nahiyəsinə zərbələr vuraraq törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır. İlqar Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Bakıda oğul atasını öldürdü
23
mart
13:49

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat