Aprelin 24-də Sabirabad rayonun Cavad kənd sakini 2001-ci il təvəllüdlü Zeynalova Səmayə Xalid qızı özünü yaşadığı evin həyətindəki nar ağacından asıb.
Yaxınları bunun intihar olduğuna inanmır. Bu səbəbdəndir ki, gənc xanımın həyat yoldaşına Sabirabad Rayon Prokurorluğunda cinayət işi başlanıb və ölkədən giriş-çıxışına stop qoyulub. Araşdırma gedir. Mərhumun telefonu ailədən alınıb, prokurorluğa verilib.
Ailəni tanıyanların sosial şəbəkədə yazıdıqlarına görə, Səmayə Zeynalova ailəli olduğu dövrdə valideyinlərinə həyat yoldaşı, qayınatası və qayınanasının ona mənəvi və psixoloji işgəncə verdiklərindən və onu bezdirib intihar həddinə çatdırdıqlarından dəfələrlə şikayət edir, boşanmaq istəyirmiş. Qızın atası boşanmaya razılıq verib, amma anası qəti etiraz edib.
“Getmisən, dolan, otur, boşanma”, - deyib.
Yeri gəlmişkən, Səmayənin anası ilə həyat yoldaşının anasının əmiqızı olduqları bildirilir.
Gənc qadının ölümü ilə bağlı daha bir təsirli məlumata görə, körpəsi anası öləndən yatmayıb. Onu anasının geyimini yanına qoyaraq, yatırda biliblər. (modern.az)
Sabirabadda gənc qadın özünü niyə dar ağacından asıb? - Təfərrüatlar
26
aprel
14:34

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər