28 avqust 2020-ci il tarixdə Gəncə şəhər sakini, 1953-cü il təvəllüdlü Dəmirov Yusif Fərhad oğlunun yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Gəncə Şəhər Prokurorluğundan verilən məlumata görə, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İstintaqla zərərçəkmişin qohumu Rəfiyev Seymur Natiq oğlunun Yusif Dəmirova olan borcunu qaytara bilməməsi və sonuncunun ondan borcunu tələb etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Seymur Rəfiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Gəncədə kişi borca görə öldürüldü
30
aprel
14:55

Qarabağ
KOMMENTLƏR
İsmayıllıda qanlı olay: Sosial şəbəkədə mübahisə qətlə səbəb oldu
Leylanı öldürən qardaşı imiş – Şabranda dəhşət
Azərbaycanda babasını və nənəsini amansızlıqla öldürən şəxsə cinayət işi açıldı
Abşeronda kişi arvadını azyaşlı oğlunun gözü qarşısında öldürüb
Xaçmazdakı qətllə bağlı prokurorluq məlumat yaydı
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər