İyunun 24-də saat 12 radələrində Qax rayonu, Süskənd kəndi ərazisində yerləşən mineral su istehsalı sexində Aydın Şabanovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qax rayon prokurorluğundan daxil olan xəbərə görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, “Muxtarov Elmir adına mineral su istehsalat sexi”ndə su şüşələrinin paketlənməsi qurğusunda yaranmış nasazlıqların aradan qaldırılması üçün dəvət olunmuş Aydın Şabanov buxar qurğusunda baş vermiş partlayış nəticəsində həlak olub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Qaxda partlayış: Bir nəfər həlak oldu
25
iyun
09:59

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat