Bakıda qardaşını bağçaya aparan azyaşlıya qarşı soyğunçuluq edilib.
DİN Mətbuat xidmətindən verilən məlumata görə, vətəndaş polisə müraciət edərək bildirib ki, qızı azyaşlı qardaşını bağçaya aparan zaman 2 nəfər onlara yaxınlaşıb uşağın mobil telefonunu əlindən alıb.
Cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Samir Əliyev və onun həyat yoldaşı Səidə Əliyeva qısa zamanda saxlanılıblar. Onlar ifadələrində qeyd edilən hadisəni törətdiklərini etiraf ediblər.
Qeyd edək ki, saxlanılan şəxslərin törətdikləri soyğunçuluq hadisəsi və sonradan onların hadisə yerindən yayınmaları ərazidə olan müşahidə kameraları vasitəsiylə lentə alınıb.
Faktla bağlı saxlanılan şəxslər barəsində 9-cu Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Ərlə arvad bağçaya gedən uşağı qorxudub telefonunu aldılar - VİDEO
07
iyul
12:04

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat