Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxsin kimliyi məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Polis Şöbəsinə rayonun Göycəli kənd sakini olan yaşlı qadının evinə bir nəfər naməlum şəxsin qanunsuz olaraq daxil olduğu, ev sahibini əlindəki balta və bıçaqla öldürəcəyini hədələyərək 10 manat nağd pul, 1 ədəd qızıl üzük və 1 ədəd qızıl sırğanı ələ keçirərək quldurluq etməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Şirzad Heydərov saxlanılıb.
İlkin dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət hadisəsini etiraf edib və bildirib ki, daxil olmazdan qabaq evi yandırmaq istəyib.
Saxlanılan şəxs istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.
Ağstafada quldurluq edən şəxs saxlanıldı
16
iyul
11:09

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat