Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı, eləcə də çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat zamanı Ağdaş şəhər sakini Araz Cabbarov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən həyətyanı sahədən xüsusi qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 21 kiloqramdan artıq olan 22 ədəd çətənə kolu aşkarlanıb. Həmçinin, davam etdirilən tədbirlərlə onun evində gizlətdiyi 118 qram heroin, qurudulmuş marixuana və “patı” kimi tanınan psixotrop maddə metamfetamin də qablaşdırılaraq maddi sübut kimi götürülüb.
Keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə üzərində psixotrop maddə daşımaqda şübhəli bilinən şəhər sakini Mahir Vəliyev saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən metamfetamin aşkarlanaraq götürülüb.
Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub və faktlarla bağlı Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Ağdaş sakinlərində narkotik aşkar edildi
24
iyul
12:02

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat