Azərbaycanda 5-ci sinif şagirdi qəflətən dünyasını dəyişib.
Bakisesi.com Ölkə.Az-a istinadən xəbər verir ki, Kamran Yaqubov adına 184 nömrəli tam orta məktəbin 5-ci sinifdə təhsil alan Yusif adlı şagird qəflətən vəfat edib.
Yaxınlarının bildirdiyinə görə, uşağın qəfil şəkəri qalxıb və xəstəxanaya aparılıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, həmin vaxta qədər uşağın hər hansı bir narahatlığı olmayıb.
Azərbaycanda 5-ci sinif şagirdi qəflətən vəfat etdi- FOTO
скачать dle 12.1