Bakıda köşk qarət olunub.
Daxili İşlər Nazirliyi bildirir ki, Nəsimi rayonu ərazisindəki köşklərin birindən 412 manat pul və 7000 manat dəyərində tütün məmulatı oğurlanıb.
Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov saxlanılıb.
 
скачать dle 12.1