Rusiyalı jurnalist Alina Didkovskaya Moskva Şəhər Məhkəməsində soyunmağa məcbur edildiyini açıqlayıb.
"Bakı Səsi"xəbər verir ki, bu barədə "Lenta.ru” məlumat yayıb. Jurnalistin üzərində "İvan Safronova azadlıq” yazılmış köynəyi qurumun əməkdaşlarının xoşuna gəlməyib. Jurnalist məhkəməyə köynək və plaşda gəlib. Lakin girişdə köynəyi soyunması və məhkəmə iclasına sadəcə plaşla daxil ola biləcəyi qeyd olunub.
"Sadəcə plaşın yaxasını bağlamaq və köynəyi örtməyə icazə vermədilər. Nəticədə məhkəmədə çılpaq bədənin üzərinə plaş geyinmiş halda oturmuşam. Çox qəribə hissdir”, - deyə A.Didkovskaya bildirib.
Xatırladaq ki, köynəyin üzərində yazılan sözlər "Roskosmos” dövlət korporasiyasının məsləhətçisi və "Kommersant” nəşrinin keçmiş jurnalisti İvan Safronova həsr olunub.
Qadın jurnalisti məhkəmədə soyunmağa məcbur etdilər
17
iyul
14:43

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər