Avqustun 30-da Quba rayonu, Gültəpə kənd sakini, 1966-cı il təvəllüdlü Zeydulla Əzizovun almış olduğu xəsarətlər nəticəsində Qusar rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Quba Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, 23.08.2021-ci il tarixdə saat 01 radələrində Gültəpə kəndi ərazisində 1993-cü təvəllüdlü Şöhrət Mursəliyev tanışı Zeydulla Əzizov arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə xəsarətlər yetirmiş, nəticədə Z.Əziziov avqusun 30-da almış olduğu xəsarətlərdən xəstəxanada ölmüşdür.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Şöhrət Mursəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Qubada tanışı 55 yaşlı kişini döyüb ÖLDÜRDÜ
09
sentyabr
10:34

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat