Abşeron rayonunda “Chevrolet”, “ВАЗ” və “Daewoo” markalı üç minik avtomobili toqquşub.
Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, nəticədə “Daewoo” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.скачать dle 12.1