Prokurorluq Astarada baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Astara rayon prokurorluğundan bildirilib ki, oktyabrın 8-si saat 12 radələrində Astara rayonu, Şəmətük kəndi ərazisində 1961-ci il təvəllüdlü Mehparə Ağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu 1994-cü il təvəllüdlü Gülsevər Ağayevaya şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mehparə Ağayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Gülsevər Ağayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
***
13:01
Astara rayonunda gəlinlər arasında dava düşüb.
“Report” xəbər verir ki, hadisə Şəmətük kəndində qeydə alınıb.
Belə ki, ailə münaqişəsi zəminində Gülçöhrə qayını arvadı Mehribana bıçaq xəsarətləri yetirib. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bir neçə ay əvvəl iki əmioğlu arasında münaqişə ölümlə nəticələnmişdi.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda qətl törədən gəlin saxlanıldı - YENİLƏNİB
08
oktyabr
14:34

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat