Bakıda mənzillərdən alpinizm üsulu ilə oğurluq etməkdə təqsirləndirilən Cavid Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakisesi.com Kriminalqafqaz-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən araşdırma zamanı zərərçəkmişlərə dəyən ziyanın məbləği məlum olub.
Onlardan biri də uzun illər Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin rəisi olmuş general-mayor Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev olub.
Məlum olub ki, V. Mirzəyevə 167 min manat ziyan vurulub. Mənzilindən təxminən 150 min manatlıq qızıl və nağd pul oğurlanıb.
Qeyd edək ki, silsilə cinayətin üstü də məhz general oğlunun evində baş verən oğurluqdan sonra açılıb. 2016-cı ildən bəri açılmamış oğurluqlar törədən C.Süleymanovun müəyyən edilməsi və tapılması üçün rəhbərlik tərəfindən ciddi göstəriş verilib. Bundan sonra Xətai RPİ əməkdaşları generalın oğlunun evindən oğurluq edən şəxsi ərazidə təhlükəsizlik kameralarını diqqətlə izləyərək tapa biliblər.
Xatırladaq ki, Vüsal Mirzəyev də vaxtilə polis əməkdaşı olub. Atası daxili işlər orqanlarından çıxdıqdan sonra V.Mirzəyev də ərizə yazaraq, işdən çıxıb. Sahib Mirzəyev hazırda Bakı şəhər İcra Hakimiyyəti başçısının müşaviridir.
Generalın oğlunun evindən 150 min manatlıq oğurluq edilib
29
oktyabr
17:52

Qarabağ
KOMMENTLƏR
Şəhid ailəsinin evindən oğurluq edən şəxslər saxlanıldı - FOTOLAR
“Alpinist”in oğurluq etdiyi evlərdən biri görün kimin imiş: 158 min manat... - VİDEO
Qubada ailədaxili cinayət: Qayınanasından 11 min manatlıq oğurluq edən gəlin tutuldu
Abşeronda iki evdən 14 min manatlıq oğurluq edilib
Bakıda evlərdən 7 min manatlıq oğurluq edildi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat