Xaçmaz rayonunda intihar faktı qeydə alınıb.
APA xəbər verir ki, hadisə rayonunun Qımılqışlaq kəndində baş verib. Kənd sakini, 1991-ci il təvəllüdlü Qurbanova Sevda Eyvaz qızı xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün yaşadığı evin həyətində özünü ağacdan asaraq intihar edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.