Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Sumqayıt ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin "isti izlərlə" açılması təmin edilib.
Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında bildirilib. Məlumata görə, noyabrın 9-u saat 20 radələrində Sumqayıt şəhər sakini 1945-ci il təvəllüdlü Züleyxa Osmanovaya məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaq və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, Sumqayıt şəhər sakini Xanəhməd Rüstəmov oğurluq məqsədilə Züleyxa Osmanovanın evinə daxil olmuş, sonuncunun evdə olduğunu bildikdən sonra daş parçası ilə onun baş nahiyəsinə xəsarətlər yetirib, daha sonra isə boğaraq öldürüb.
Xanəhməd Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Sumqayıtda oğurluğa gələn şəxs ev sahibini boğaraq öldürdü
11
noyabr
16:00

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat