Beyləqanda polislər silahlı şəxsi tərksilah edib.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, noyabr 29-u saat 23:00-da Beyləqan rayonu Aşağı Çəmənli kənd ərazisində xidmət aparan Rayon Polis Şöbəsinin (RPŞ) 2 əməkdaşı bir nəfər şəxsin əlində ov tüfəngi olduğunu görüb, ona yaxınlaşaraq özünü və silahın sənədlərini təqdim etməsini tələb edib.
Həmin şəxs onlara müqavimət göstərib və silahdan atəş açıb. Nəticədə polis əməkdaşlarından biri ayaq nahiyəsindən xəsarət alıb.
Buna baxmayaraq polis əməkdaşları həmin şəxsi tərksilah edərək RPŞ-yə aparıb.
Müəyyən edilib ki, silahlı şəxs Aşağı Çəmənli kənd sakini Eldəniz Alışovdur. Ondan qanunsuz saxladığı bir ədəd ov tüfəngi götürülüb.
Polis əməkdaşına ilkin tibbi yardım göstərilib vəziyyəti yaxşıdır.
Qeyd edək ki, yaralanan polis əməkdaşı Sarvan Çıraqzadədir.
Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Beyləqanda polisə atəş açdılar: Yaralansa da, silahlı şəxsi tutdu
01
dekabr
10:10

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər