Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınmış Nadir Səlifov Türkiyədə qətlə yetirilib.
APA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, "Lotu Quli" Antalyada nahar etdiyi şəxs tərəfindən öldürülüb.
N. Səlifov güllə ilə başından vurulub. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
N.Səlofovu öldürən şəxs hadisə yerindən qaçsa da, onun Antalya-Dənizli şosesində saxlanıldığı bildirilir. 
Qeyd edək ki, 1972-ci il təvəllüdlü Nadir Səlifov Gürcüstanda doğulub. O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb.
BakuPost Lotu Qulini öldürən şəxsin  dostu, son dövrlər Nadir Səlifovun yaxın çevrəsində olan Xan Əhmədlinski olduğunu yazıb. 
2018-ci ildə İstanbulda yaxalandıqdan sonra deport edilən Lotu Quli yenidən fərqli sənədlə Türkiyəyə qayıdaraq, orada fəaliyyətini davam etdirib. 
Nadir Səlifovun əzəli düşməni Rövşən Lənkəranskinin qətlinin ildönümündən bir gün sonra (R.Lənkəranski 18 avqust 2016-cı ildə İstanbulda qətlə yetirilib) öldürülməsi bu hadisənin Rövşənin qisası kimi anlaşılması ehtimalını da yaradır. 2000-ci illərdən Rusiyada başlayan kriminal “razborka” bu günə qədər tərəflərdən Otari Bədəlov, nardaranlı Mirseymur, Ded Xasan, sabirabadlı Hikmət, Rövşən Lənkəranskini və ən son Lotu Qulini “apardı”. 
Azərbaycanlı kriminal avtoritetlərin ölümündə Rusiya xüsusi xidmət orqanlarının barmağının olması da istisna edilmir. 
Qeyd edək ki, həbsdən çıxdıqdan sonra güclənən Nadir Səlifov azərbaycanlı kriminal çevrələrin “Xaç atası” adlandırılırdı.скачать dle 12.1