Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Neftçala şəhərində Heydər Əliyev prospekti ünvanında beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.
Bu barədə FHN-in Mətbuat Xidmətindən bildirilib.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının ümumi sahəsi 1080 m² olan dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə və damda quraşdırılmış 5 ədəd plastik su çəni yanıb. Dam örtüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolan mənzillərdən 30 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Neftçalada yanğın - 30 nəfər təxliyə edildi
13
dekabr
17:06

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat