Ağstafada 23 yaşlı gənc 20 yaşlı dayısı oğlunu bıçaqlayıb.

Hadisə şəxsi münasibətlər zəmnində baş verib.

Belə ki, 1998-ci il təvəllüdlü Əli Əsgərov dayısı oğlu 2001-ci il təvəllüdlü Çingiz Vəlizadəni bıçaqla qətlə yetirib.

İlkin məlumata görə, onlar arasındakı dava 10 manat pula görə çıxıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb.

***

Prokurorluqdan verilən məlumata görə, dekabrın 14-də Ağstafa rayonu Köçəsgər kənd sakini 1998-ci il təvəllüdlü Əli Əsgərovun yaşadıqları kəndin ərazisindən keçən su kanalının yaxınlığında dayısı oğlu 2001-ci il təvəllüdlü Çingiz Vəlizadəyə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Əli Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İstintaq tədbirləri davam etdirilir.скачать dle 12.1