Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının Bakı-Quba, Bakı-Qazax, Bakı-Şamaxı-Yevlax və Hacıqabul-Horadiz yollarındakı postlarda keçirdikləri tədbirlərlə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər müəyyən edilərək saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı-Quba yolunun Abşeron rayonu ərazisində Ağdam rayon sakini Sahil Şükürovun idarə etdiyi “VAZ-21043”, Bakı-Qazax yolunun Yevlax rayonunun Aşağı Qarxun kəndi ərazisindəki postda Gəncə şəhər sakini Samir Lələyevin idarə etdiyi “BMW”, Bakı-Şamaxı-Yevlax yolunun Yevlax rayonunun Xaldan kəndi ərazisində rayon sakini Siracəddin Əhmədovun idarə etdiyi “Mercedes” və Hacıqabul-Horadiz yolunun Sabirabad rayonunun Nizamikənd kəndi ərazisində Beyləqan rayon sakini Rahib Süleymanovun idarə etdiyi “VAZ-21725” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıblar.
Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 333.1, 333.2 və 334.1-ci maddələri ilə onların barəsində protokollar tərtib olunub.
Abşeron rayon məhkəməsinin qərarı ilə S.Şükürov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 4 gün, Yevlax rayon məhkəməsinin qərarları ilə S.Lələyev 15 gün, S.Əhmədov isə 5 gün müddətinə inzibati qaydada həbs ediliblər, Sabirabad rayon məhkəməsinin qərarı ilə R.Süleymanov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 400 manat məbləğində cərimələnib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Narkotik çəkib maşın sürən şəxslər HƏBS EDİLDİ
16
dekabr
11:57

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat