Azərbaycan əsilli “oğru” Nadir Səlifovun (Lotu Quli) qətli ilə bağlı müxtəlif məlumatlar yayılır.
Bakısəsi xəbər verir ki, məlumatlardan biri də Lotu Qulinin 4 milyon dollar qarşılığında qətlə yetirilməsi barədədir. İddia olunur ki, qətli həyata keçirən Xaqan Zeynalov (Xan Əhmədlinski) sifarişi mərhum “oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski” əmisi oğlu Zaur Əhmədovdan alıb. Buna görə ona 4 milyon dollar ödənilib. Lotu Qulinin qətli isə qisas məqsədi daşıyıb.
Nadir Səlifovun rəqibi Rövşən Canıyev 2016-cı il avqustun 18-də qətlə yetirilib. Bu olay Lotu Qulinin aktivinə yazılıb. Xan Əhmədlinski də Nadir Səlifovu həmin gün öldürməliymiş. Lakin avqustun 18-nə planlaşdırılan sui-qəsd baş tutmayıb. Xan Əhmədlinski sifarişi bir gün sonra, yəni avqustun 19-da icra etməli olub.
Rövşən Lənkəranski qətlə yetiriləndən sonra onun işlərini Zaur Əhmədov davam etdirib. Onun qardaşı Emin Əhmədov da kriminal avtoritetdir. Rövşən Lənkəranski ilə Lotu Quli arasında münasibətlərin düşmənçilik səviyyəsinə çatmasının bir səbəbi də ikincinin Eçin Əhmədovu “oğru” kimi tanımamaqla bağlı kriminal dünyaya çağırışı olub.
Nadir Səlifovun Emin Əhmədovu tituldan məhrum etməsi onsuz da Lotu Quli ilə münasibətləri yaxşı olmayan Rövşən Lənkəranskini qəzəbləndirib. Beləliklə, tərəflər barışmaz düşmənə çevriliblər.
"Xan" "Lotu Quli"ni 4 milyon dollar qarşılığında güllələyib - İddia
21
avqust
12:30

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat