Ötən gün həyat yoldaşı tərəfindən şiddətə məruz qalan iki uşaq anası sığınacağa yerləşdirilib.
Bu barədə Oxu.Az-a "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib
O bildirib ki, 15 yaşında ərə verilən xanım zorakılığa məruz qalmasına baxmayaraq, susurdu:
"O, iki övlad dünyaya gətirib. Verdiyi məlumata görə, əri oğurluq və s. cinayətlərə görə həbs olunub. 13 il həbs cəzası alıb. Əri həbsdən çıxdıqdan sonra qaynanası ilə birlikdə qadının bütün əşyalarını, qızıllarını əlindən alaraq evdən qovub. Yoldaşı barışmaq adı ilə qızın ata evinə gələrək orada onu dəfələrlə döyüb.
Sual yaranacaq ki, bəs polisə niyə müraciət edilməyib? Qadın polisə müraciət etdikdən sonra kənd axundları, mollalar, qohumlar barış və ərizəni götür deyə təyziq ediblər. Qadın məcbur olub ərizəsini geri götürüb və bundan sonra acımasız şəkildə yenidən döyülüb. Qadının hazırda başında yeddi tikiş, qolunda, üzündə isə müxtəlif yara izləri var”.
M.Zeynalova onu da əlavə edib ki, bu məsələlər artıq ciddi narahatlıq yaradır:
"Biz sığınacaq olaraq dəfələrlə qurumlara müraciət etsək də ciddi tədbir görülmür. Bu qadın bir müddət sonra məcbur olaraq sığınacaqdan çıxmalıdır. Bəs onun başına hər hansı hadisə gəlsə, "ər yoldaşını öldürdü” başlıqlı xəbərlərə iki saniyə baxıb keçməklə kifayətlənəcəyik? Biz artıq bu dəqiqədən etibarən "SOS” siqnalı veririk. Ona görə ki, sığınacaqda qalan kifayət qədər qadın var ki, onların həyatı təhlükəsi hələ də davam edir. Xahiş edirik aidiyyəti qurumlar tədbir görsünlər”.
Bakıda DƏHŞƏT: Qadın qayınanası və həbsdən çıxmış əri tərəfindən amansızcasına döyüldü
10
yanvar
14:18

Qarabağ
KOMMENTLƏR
Azərbaycanda DƏHŞƏT: ərindən işgəncə görən qadın uşaqları ilə evdən qaçdı
Bakıda sığınacağa hücum edib qadını döydülər
Bakıda qəribə OLAY – Rəfiqəsinə “övladını at” deyib bıçaqla HÜCUM ETDİ
Bakıda anadan 10 yaşlı qızına qarşı görünməmiş vəhşilik - FOTO
Zorakılığa məruz qalan 20 kişi Komitəyə müraciət etdi
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər