Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Zabrat qəsəbəsində yerləşən obyektlərdən birindən 5 min manat dəyərində metal konstruksiyalar oğurlayan şəxslər saxlanılıblar. Əməliyyat zamanı həmin obyektdə gözətçi işləyən əvvəllər məhkum olunmuş Muraz Süleynmanov, onun tanışları Fərid Qurbanov və Samir Dünyamalıyev tutulublar. Araşdırma zamanı onların M.Süleymanovun təklifi ilə həmin obyektdən iki dəfə metal konstruksiyalar oğurladıqları məlum olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı rayon ərazisində yeni tikilməkdə olan evlərdən birindən ümumilikdə 3 min manatlıq təmir-tikinti ləvazimatları, həmçinin digər əşyalar oğurlayan Novruz Hacıyev saxlanılıb.
Qeyd edək ki, Novruz Hacıyev hadisə baş verən evdə usta işləyib. Faktlarla bağlı 15-ci Polis Bölməsində toplanan materiallar Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Bu şəxslərin digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.
İşlədikləri obyektdən və evdən oğurluq edənlər saxlanıldı
15
yanvar
02:53

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat