Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İbrahim Muxtarovun cinayət işi üzrə məhkəmə prosesində şahidlər dindirilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda ifadə verən Xəlil Quliyev bildirib ki, qətl hadisəsi ilə bağlı heç bir məlumatı yoxdur.
O, təqsirləndirilən şəxsi və mərhumu tanımadığını deyib: "2014-cü ildə Rusiyadan Azərbaycana yeni gəlmişdim. Qonaqlarım var idi. Biz gecə klubunda rəqs edəndə Nicat adlı şəxs xanımlara söz atdı. Təbii ki, belə olan halda davamız düşdü. Tərslikdən bu qətl hadisəsi də eyni anda baş verib. Bu işlə bağlı heç bir aidiyyətim yoxdur. 2018-ci ildə xaricdən ölkəyə gətirildim. Davaya görə, xuliqanlıq maddəsi ilə 6 ay həbs cəzası almışam".
X.Quliyev söyləyib ki, gecə klubuna İ.Muxtarovun gəldiyini görməyib: "Ümumiyyətlə mənim onunla telefon danışığım olmayıb. Hadisədən əvvəl Rusiyaya geri qayıtmağım üçün bilet almışdım. Yəni, bu işə görə mənim qorxub xaricə qaçmağım absurddur".
Dövlət ittihamçısı isə şahidin istintaqda verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət təşkil etdiyini bildirib.
Daha sonra şahidin istintaqda verdiyi ifadəsi elan olunub.
Həmçinin təqsirləndirilən İ.Muxtarovun istintaqdakı dindirilməsi proses iştirakçılarının diqqətinə çatdırılıb. Məlum olub ki, İ.Muxtarov ifadəsində söyləyib ki, onu davaya X.Quliyev dəvət edib.
Şahid yenə də təqsirləndirilən şəxsi tanımadığını deyib.
Məhkəmədə şahid qismində Nicat Əbdülov da dindirilib. O, 2019-cu ildə məhkum olunduğunu deyib: "Gecə klubunda içkili idim, qıza toxundum. Sonra orada İbrahimi gördüm. Mən Xəyalla dava etdim, ara qarışdı. Dava zamanı İbrahim orada yox idi. Qıza söydüyüm üçün Xəyal məni vurdu. Rəhmətlik Böyükağa da İbrahimə hücum etdi. Ümumiyyətlə dava olana qədər İbrahimi tanımamışam. Bu işə görə isə 3 il həbs cəzası almışam".
Məhkəmənin növbəti iclası fevralın 3-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2014-cü ilin avqustun 16-da Abşeron rayonunda yerləşən gecə klublarının birində qeydə alınıb.
Belə ki, İ.Muxtarov Böyükağa Əliyevi qətlə yetirib. Daha sonra o, istintaqdan yayınıb, "İnterpol" xətti ilə axtarışa verilib və 2021-ci ildə həbs edilib.
İstintaq orqanları tərəfindən İ.Muxtarovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, İ.Muxtarovun kriminal aləmin üzvü olduğu bildirilir. O, "Vəziyyət İbrahim" kimi tanınır.
Kriminal avtoritetin məhkəməsində şahid dindirilib: "Qətl qız üstündə oldu"
27
yanvar
18:45

Qarabağ
KOMMENTLƏR
Bakıda gecə klubunda qətl törədən kriminal avtoritetin atası dindirilib
Prokuror kriminal avtoritetin 19 il həbsini istədi
Azərbaycanlı kriminal avtoritetə 18 il həbs cəzası verildi
Bakıda gecə klubunda qətl: Kriminal aləmin üzvü tutuldu - FOTO
Kriminal avtoriteti öldürməkdə təqsirləndirilən dünya çempionuna bəraət verildi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat