Xəbər verdiyimiz kimi, yanvarın 31-də Bakıda 4 yaşlı qız öldürülərək quyuya atılıb.
İstintaq ilkin olaraq belə nəticəyə gəlib ki, 4 yaşlı qızı onun qonşusu 32 yaşlı Mansurov Mehman Malik oğlu qətlə yetirib. O balaca qızı öldürüb quyuya atandan sonra üzərinə torpaq və daş ataraq izi itirməyə çalışıb.
Hadisə ilə bağlı İTV-yə danışan qızın atası Taleh Allahyarov bildirib ki, o qızı Məryəmi yanvarın 23-də qonşuya təhvil verərək işə gedib. Geri qayıtdıqda isə qonşu uşağın onlarda olmadığını deyib və həmin gündən Məryəm itkin kimi axtarışda olub: “Həyat yoldaşımla boşandıqdan sonra Məryəm mənim yanımda qalırdı. İşə gedib-gəldiyim üçün uşağa baxa bilmirdim. Bunun üçün də onu qonşuya verirdim ki, mən gələnə qədər ona nəzarət etsinlər. Axrıncı dəfə Mehmanla yanvarın 23-də danışdım. Dedi ki, uşağı xalası qızına verib, 20 dəqiqəyə gətirib çatdıracaq. Amma daha sonra nə qədər zəng etsəm də, telefonuna zəng çatmadı. Bundan sonra axtarışa verdik”.
Mərhumun atası bildirib ki, o qızının qonşusunun həyətindəki quyuda basdırıldığından şübhələnib: “Həmin quyunun içindən daşları mən özüm çıxarmışdım. Daha sonra gördüm ki, təzədən içinə atılıb. Onda bildim ki, o quyuda nəsə var”.
Cinayəti törətməkdə təqsirli bilinən Mehman Mansurov da hadisə yerinə gətirilib. O hadisəni törətdiyi yeri və 4 yaşlı qızın meyitini atdığı quyunu göstərərək əməlini etiraf edib.
Öldürülərək quyuya atılan 4 yaşlı qızın atası DANIŞDI - VİDEO
03
fevral
13:48

Qarabağ
KOMMENTLƏR
4 yaşlı Məryəmin canlı yayımda saxlanılan atası ilə bağlı - Rəsmi açıqlama
Bakıda DƏHŞƏT - 4 yaşlı qızı öldürüb, üstünə "kubik" atdılar
3 yaşlı Məryəmin ölümünə görə atası ATV-nin canlı efirində qandallandı - Video
4 yaşlı qızın qətlində adı hallanan qadın niyə tapılmır?
Bakıda meyiti quyuya atılmış 4 yaşlı qızın ölüm səbəbi məlum olub
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat