Salyanda mağazaya bıçaqla basqın olub, xəsarət alan var.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Salyan Rayon Polis Şöbəsinə fevralın 9-da şəhər ərazisindəki marketlərdən birinə gəlmiş naməlum şəxsin oranın sahibi, şəhər sakini A.Cəfərovu bıçaqla hədələyərək 2 000 manat pul tələb etməsi və ona xəsarət yetirməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Cəfərov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir. Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Arbatan kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ş.Ağamalıyev saxlanılmışdır. Bu zaman o, bıçaqla özünün qarın nahiyəsinə xəsarət yetirib.
Dərhal polis əməkdaşları tərəfindən o, xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.
Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.
Mağazaya bıçaqla basqın oldu - Xəsarət alan var
10
fevral
11:09

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat