Fevralın 17-də Qusar şəhəri, H.Əliyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzillərdən birində 1987-ci il təvəllüdlü Rusif Şıxov, arvadı 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların 3 azyaşlı uşaqlarının ölməsi ilə bağlı məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspetinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.
Hadisə yeri və meyitlərin ilkin müayinəsi nəticəsində hadisənin dəm qazı səbəbindən baş verməsi ehtimal olunur.
Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda intensiv istintaq tədbirləri davam etdirilir.
***16:28
Qusar rayonunda bir ailənin 5 üzvü dəm qazından boğularaq ölüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Hazırda hüquq-mühafizə oraqlanlarının əməkdaşları araşdırma aparır, ölənlərin kimliyi müəyyənləşdirilir.
Qusarda dəm qazından ölənlərin üçü azyaşlıdır - Adları açıqlandı
17
fevral
17:05

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat