Paytaxtın Nizami rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs həbs edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, əməliyyat zamanı əvvəllər də narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Reza Dolatabadi tutularaq istintaqa təqdim edilib.
Onun üzərinə baxış zamanı külli miqdarda - 13 qram narkotik vasitə tiryək və 10 qram psixotrop maddə metamfetamin aşkarlanıb. Həmçinin saxlanılan şəxsin mənzilindən metamfetamin qəbul etrmək üçün nəzərdə tutulan kustar üsulla hazırlanan avadanlıqlar da aşkar olunub.
Araşdırma nəticəsində müəyyən edilib ki, Reza Dolatabadi narkotik vasitələrin paytaxt ərazisində satışı ilə məşğul olub.
Faktla bağlı saxlanılan şəxs barəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Reza Dolatabadinin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.
Narkotik satan keçmiş məhkum tutuldu - VİDEO
10
mart
16:54

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat