Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xızı rayonunun Şorabad kəndində "Renault" markalı minik avtomobilinin “Mercedes” markalı yük avtomobilinə çırpılması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1987-ci il təvəllüdlü Gülmalıyev Şamxal Qabil oğlunun meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
скачать dle 12.1