Bakıda ardıcıl yol kobud qayda pozuntuları edən və polislərin saxla əmrinə tabe olmayan sürücü inzibati qaydada həbs edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Səbail rayonunda “Range Rover” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozaraq qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna çıxıb.
Daha sonra sürücü yol polisinin saxla əmrinə tabe olmayaraq hərəkətini davam etdirib. Həmin sürücü Xətai rayonu “Neapol” dairəsi adlanan ərazidə də kobud qayda pozuntusuna yol verərək polisin saxla işarəsinə məhəl qoymayıb. Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin sürücüsünün şəxsiyyəti müəyyənləşdirilib.
Məlum olub ki, sürücü paytaxt sakini Orxan Əyyubovdur və o, saxlanılaraq Polis Şöbəsinə gətirilib. Sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. O.Əyyubov məhkəmənin qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilib.
Bakıda "Range Rover"lə avtoxuliqanlıq edən şəxs HƏBS OLUNDU - VİDEO
19
mart
14:44

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər