"Unikal"ın əldə etdiyi məlumata görə, ailənin sonbeşiyi olan idmançı hələ uşaq ikən böyük qardaşının iş təyinatına görə anası və qardaşları ilə Qazaxıstana köçməli olub.
1997-ci ildən Qazaxıstanda yaşayan N.Dəmirçi idmanın boks, kiqboks, qaydasız döyüş və K-1 idman növləri ilə məşğul olub. O, boks və kiqboks üzrə dəfələrlə Qazaxıstan çempionu olub. N.Dəmirçi idman ustalığına namizəd idi.
Nurlanın vəziyyəti COVID-19 vaksininin vurulmasından sonra dəyişib. Bundan öncəki dozanı vurdurarkən də çempion ürəyindən şikayət edirmiş.
Qeyd edək ki, idmançının nəşi Qax rayonunda torpağa tapşırılıb.