Aprelin 8-i saat 23 radələrində Şəmkir rayonu ərazisində Samir Abdullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Şəmkir rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla Bakı-Qazax avtomobil magistral yolu ilə hərəkətdə olarkən Samir Abdullayev idarə etdiyi avtomobillə əvvəllər məhkum olunmuş Rasim Bağırovun idarə etdiyi avtomobilin qarşısında qəflətən manevr etməsinə görə aralarında yaranmış mübahisə zamanı sonuncunun Samir Abdullayevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rasim Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Prokurorluq Şəmkirdəki qətllə bağlı MƏLUMAT YAYDI
09
aprel
11:26

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat