Göyçay rayonunda iftar süfrəsində kütləvi zəhərlənmə qeydə alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə aprelin 18-də rayonun Çərəkə kəndində qeydə alınıb.
Belə ki, iftar süfrəsinə toplaşan 10 nəfər zəhərlənib.
Şöbədə ilkin araşdırma aparılıb. İlkin ehtimala görə, həmin şəxslər pomidordan zəhərlənib. Hazırda zəhərlənən şəxslər ambulator şəraitdə müalicə alırlar. İş üzrə toplanan materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.
TƏBİB -dən isə bildirilib ki, 19.04.2022-ci il saat 00:49 da 10 nəfər (10 kişi ) Alimentar Qastrid diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə daxil olub. Həkim heyəti tərəfindən vətəndaşlara ilkin zəruri tibbi yardım göstərilib və vəziyyətləri stabil olduğu üçün ambulator müalicə üçün buraxılıblar”.
скачать dle 12.1