Çelyabinsk vilayətində 25 yaşlı oğlan məişət münaqişəsi zəminində anasını öldürüb.
Bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Bundan sonra iki ay yarım ərzində gənc oğlan öldürülən qadının cəsədini hissə-hissə yeyib.
İstintaqın versiyasına görə, Zlatoust şəhərindəki evlərdən birinin mənzilində başından vurulub zorakılıqla öldürülmə əlamətləri olan yerli sakinin meyiti tapılıb.
Ölüm məişət münaqişəsi zamanı oğlunun vurduğu xəsarətlər nəticəsində baş verib. Hazırda şübhəli şəxs həbsdədir. Faktla bağlı sübutların toplanması və möhkəmləndirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
O, təşkil etdiyi davaya görə mağazada saxlanılıb və dindirilmə zamanı anası və keçirdiyi təcrübələrdən danışıb. Gəncin aqressiyasına səbəb 48 yaşlı qadının oğluna özünə məxsus mənzilin açarlarını vermək istəməməsi olub.
Dindirilmə zamanı etiraf edib ki, mübahisə zamanı anasına əsəbiləşib və gücünü hesablamadan onu döyüb, ona görə də dünyasını dəyişib. Cəsədi eyvanda gizlətməyə qərar verib. O, həmçinin bildirib ki, aprelin 13-dək meyitdən tikələri kəsib, bişirib yeyib.
Oğuldan DƏHŞƏTLİ ƏMƏL: Anasını öldürdü, cəsədini yedi
19
aprel
12:31

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat