Şamaxıda qadın və kişini öz evində döyərək quldurluq edən şəxslər həbs olunub.
Report xəbər verir ki, Şamaxı şəhər sakini Niyazova Zərifə İsmayıl qızı rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, 24 avqust 2020 ci il tarixdə gecə saat 2 radələrində yaşadığı Şamaxı şəhər H.Ciddi küçəsi ev 11 ünvanında yerləşən fərdi yaşayış evinə naməlum şəxslər hücum edərək onu və həyat yoldaşı Niyazov Polad Məcid oğlunu döyərək əmlakını talan edib.
Keçirilmiş istintaq tədbirləri zamanı məlum olub ki, Şamaxı şəhər sakinləri 21 yaşlı Heybətov Elxan Ənvər oğlu, 28 yaşlı Həmidov Pərvin Babək oğlu və 35 yaşlı Pənahov Valeh İbadulla oğlu özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub və bir qrup şəxs halında cinayət əlaqəsinə giriblər.
Onlar həmin gecə Z.Niyazovanın yaşadığı fərdi yaşayış evinin taxta pəncərəsini sındıraraq qanunsuz olaraq mənzilə daxil olub, evdə olan qadın və kişidən 22 min ABŞ dolları məbləğində pulun verilməsini tələb edərək yumruqla, evdə olan çəliklə (əsa) və bıçaqla Z.Niyazovanı və P.Niyazovu vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Sonra quldurlar evdə olan “Nokia 112” və “Samsung Galaxy J2” markalı mobil telefonları, 17 AZN nağd pulu götürərək qaçıblar.
Hazırda onlar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3,181.2.4 və 181.2.5-ci maddələri ilə cinayət işi açılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırma davam edir.
Şamaxıda yaşlı ər və arvadı döyüb qarət edənlər həbs olundu
01
sentyabr
10:15

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat