Bu barədə məlumat Türkiyə mətbuatında yayılıb.
Elvin Umayev həyat yoldaşı 38 yaşlı Turanə Umayevanı öldürdükdən sonra polisə təslim olub. Onun polis idarəsində verdiyi ifadə yayılıb.
O bildirib ki, həyat yoldaşı onunla barışmadığı üçün onu öldürüb.
"Həyat yoldaşım boşanmaq üçün məhkəməyə müraciət etmişdi. Uşaqlarımızı da mənə göstərmirdi. Onunla görüşüb danışmaq istəyirdim. Parkda görüşəndə barışmaq istəyimi bildirdim. O isə mənə mənfi cavab verdi. Onu barışmağa razı sala bilmədiyim üçün öldürdüm”, - E.Umayev ifadəsində bildirib.
Qeyd edək ki, E.Umayev 10 il əvvəl Azərbaycanda həbsxanaya düşüb, 4 ay öncə isə azadlığa çıxıb.