Səudiyyə Ərəbistanında Məkkə və Mədinə şəhərlərini birləşdirən magistral yolda qəza baş verib.
Bu barədə yerli "Alriyadh” qəzeti məlumat yayıb.
Avtobusun iştirakı ilə baş verən ağır yol nəqliyyat hadisəsi zamanı 8 nəfər ölüb, 43 nəfər yaralanıb. Mənbənin məlumatına görə, yaralılardan 3-nün vəziyyəti ağır, 10 nəfərinki isə orta dərəcəlidir. 30 nəfərin isə vəziyyəti sabitdir. Sahə komandanlığının rəhbərliyi altında ümumilikdə 26 təcili tibbi yardım briqadası və altı briqada hadisə yerindədir.
Mədinə Qırmızı Aypara Təşkilatının rəhbəri Əhməd əz-Zəhraninin məlumatına görə, qəzaya səbəb kimi avtobusun yolda aşdığı ehtimal olunur. Hadisə ilə bağlı digər təfərrüat açıqlanmayıb.
Məkkə-Mədinə yolunda ağır qəza - 8 ölü, 43 yaralı
23
aprel
18:05

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat