AFFA-nın keçirdiyi Həvəskar Liqasının “Bayil Rovers” – “Çinar” (Zəngilan) oyununda kütləvi dava baş verib.
Toqquşma 76-cı dəqiqədə yaşanıb.
Bununla əlaqədar İntizam Komitəsi cəzalar tətbiq edib. Qərara əsasən, “Bayil Rovers”dən Qismət Əhmədov, “Çinar”dan isə Rəhman Veysəlov və Bilal Rəhimov 6 oyun cəzalanıb.
Hər üç oyunçu insident zamanı qırmızı vərəqə ilə meydandan qovulub.скачать dle 12.1