AFFA Gənclər Liqasının İsgəndər Cavadov Bakı Futbol Akademiyası (İCBFA) - "Kəpəz" oyununda kütləvi dava düşüb.
Milli assosiasiyanın rəsmi saytı xəbər verir ki, hadisəyə meydan sahiblərinin futbolçusu Alireza Rahiminin təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılması səbəb olub.
İCBFA tərəfindən təhlükəsizlik tədbirləri təmin edilmədiyi üçün azarkeşlər meydana daxil olaraq qonaq komandaya qarşı təzyiq göstərib. Nəticədə tərəflər arasında münaqişə yaşanıb.
"Kəpəz”dən Elşən Mirzəyev, Cahangir Nəbiyev, Sənan Kərimov və Arzu Atakişiyev, İCBFA-dan isə Qürbət Əhmədov, Elmin Qaçaylı, Nihat Bayramlı, İbrahim Bağırov və Alireza Rahimi davada aktiv iştirak etdiklərinə görə, onların hər birinə ayrı-ayrılıqda 5 oyun cəza verilib.
Meydan sahibləri qarşıdakı 3 oyunu azarkeşsiz keçirəcək.
Azərbaycan çempionatının oyununda DAVA
10
noyabr
17:53

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat