Daxili İşlər Nazirliyi (DİN) Bakıda tələbənin intiharı ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir:
"Mayın 3-də saat 12 radələrində Bakı şəhər sakini 17 yaşlı Xumar Babayeva Xətai rayonu ərazisindəki hündürmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin ümumi istifadə olunan eyvanından özünü atmışdır. O, eyvanın altında dayanmış, bu zaman onu tutmağa cəhd edən bina sakini 38 yaşlı Zahid Niyazovun üzərinə düşmüşdür. Nəticədə X.Babayeva hadisə yerində ölmüş, Z.Niyazov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.
İlkin araşdırmalarla X.Babayevanın intihar etməsinə səbəb imtahanda zəif nəticə göstərməsi olduğu müəyyən edilib".
***
3 may, 17:32
Bakıda 17 yaşlı məktəbli qızın intiharının görüntüləri yayılıb.
Görüntülər yaşayış binasının təhlükəsizlik kamerası tərəfindən lentə alınıb. Sürətlə yerə doğru gələn qızı kişi tutmaq istəsə də nəticədə özü də ağır bədən xəsarətləri alıb. Qız isə hadisə yerindəcə ölüb.
xxx
14:32
Bu gün Bakının Xətai rayonunda məktəbli qız intihar edib.
"Qafqazinfo" xəbər verir ki, Q.Məmmədov küçəsində yerləşən çoxmərtəbəli binada 02.05.2005-ci il təvəllüdlü Xumar Babayeva özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atıb.
Nəticədə o, binanın qarşısında dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üstünə düşüb. 17 yaşlı Xumar aldığı xəsarətlərdən hadisə yerində ölüb. N.Zahidov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, ötən gün Xumarın doğum günü olub.
17 yaşlı qızın intihar etməsinin səbəbi AÇIQLANDI - VİDEO (YENİLƏNİB-1)
04
may
10:46

Qarabağ
KOMMENTLƏR
Məktəbli qızın intihar etməsinin görüntüləri - ANBAAN VİDEO
Məktəbli qızı xilas edərkən xəsarət alan gömrükçünün son durumu açıqlandı
İntihar edən qızı xilas etməyə çalışan şəxsin vəziyyəti açıqlandı
Xumarı təmizlikçi qadın da xilas etmək istəyirmiş... - FOTO/VİDEO
17 yaşlı qızı xilas edərkən yaralanan gömrükçü evə buraxıldı
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat