Bakıda Türkiyə vətəndaşı tərəfindən hədələnərək girov saxlanılan 2 qadın xilas edilib.
Hadisə Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən binada baş verib. Belə ki, 1971-ci il təvəllüdlü Arzu Rəsulova (ad-soyadlar şərti) polisə zəng edərək Türkiyə vətəndaşı olan kürəkəni, 1983-cü il təvəllüdlü M.Akbulut tərəfindən evdə bıçaqla hədələnməsi barədə məlumat verib.
Dərhal ərazi üzrə polis bölməsinin əməkdaşları həmin ünvana gediblər. Məlum olub ki, evdə bir neçə nəfər şəxs olsa da, qapı bağlıdır və polisin çağırışlarına baxmayaraq qapını açan olmayıb.
Bunu görən polis əməkdaşları Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinə müraciət ediblər və həmin binaya gələn xüsusi qrup mənzilin qapısını açıb. Bu zaman M.Akbulut bıçaqla özünə xəsarət yetirməyə cəhd göstərsə də, onun cəhdinin qarşısı alınıb. Həmin şəxsin bıçaqla hədələyib evdə girov saxladığı həyat yoldaşı, 1993-cü il təvəllüdlü Aysel Rəsulova və anası Arzu xilas edilib.
Faktla bağlı araşdırma aparılır./Qafqazinfo
Bakıda kişi arvadı ilə qayınanasını girov saxladı
11
may
12:37

Qarabağ
KOMMENTLƏR
Uşaqlar bıçaqdan tutub atalarının analarını öldürməsinə icazə vermədilər
Bakıda 14 yaşlı oğlanı hədələyib telefonunu aldılar
DİN özünü doğrayan kişi ilə bağlı MƏLUMAT YAYDI (YENİLƏNİB)
Gəncədə 73 yaşlı kişi özünə bıçaqla xəsarət yetirdi
Paytaxtda qadının evinə qonaq gələn kişinin özünü 13-cü mərtəbədən atmasının TƏFƏRRÜATI
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat