Rusiyada milli diasporlarımızdan birinin rəhbəri, kikboks üzrə dünya çempionu Ramil Caniyev güllələnib.
Bakısəsi xəbər verir ki, bu barədə Rusiyanın znak.com saytına istintaq idarəsinin Kurçatov rayonu üzrə istintaq şöbəsinin rəhbəri Yevgeni Mitroxin məlumat verib. İstintaq zamanı məlum olub ki, qatil Caniyevi Çelyabinsk şəhərinin şimal qərbində yerləşən Ostrovski küçəsində, 7 nömrəli binanın girişində 1 saata yaxın gözləyib və evdən çıxan anda güllələyib.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan 25 yaşlı R.Caniyevi xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb.
adisənin münaqişə zəminində baş verdiyi iddia edilir. Cinayəti törətməkdə şübhəli bilinən 26 yaşlı Eldəniz Bağırov axtarılır.
Qeyd edək ki, kikboksinq üzrə beynəlxalq dərəcəli hakim olan olan Ramil Caniyev 2015-ci ildə dünya çempionu olub.
Rusiyada azərbaycanlı çempion öldürüldü
03
sentyabr
10:40

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat