Beyləqan rayonunda minik avtomobili ilə traktor toqquşub, ölən var.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 22-də saat 20 radələrində rayonun 2-ci Aşıqlı kəndi ərazisində rayon sakinləri R.Allahverdiyevin idarə etdiyi "VAZ-21061” markalı avtomobillə İ.İmanovun idarə etdiyi "T-28” markalı traktor toqquşub.

Nəticədə R.Allahverdiyev və 2 sərnişini xəsarətlə xəstəxanaya yerləşdirilib, onlardan Rasim Fərzəliyev orada ölüb.

Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.
скачать dle 12.1