Bakının mərkəzindəki kafelərdən birində insident baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Səbail rayonu H.Z.Tağıyev küçəsi 14 ünvanında yerləşən kafedə gecə saat 01 radələrində əcnəbi ölkə vətəndaşı olan qadınlar arasında dava-dalaş olub. Bu zaman İspaniya vətəndaşı, 1981-ci il təvəllüdlü P.A. baş nahiyəsindən xəsarətlər alıb. O, xəstəxanaya aparılıb və tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Bakıda fəaliyyət göstərən “British school in Baku” məktəbində biologiya müəllimi işləyən P.A. daha sonra hadisə ilə bağlı polisə müraciət edib. O, bildirib ki, ABŞ vətəndaşı olan Kristina adlı qadın xuliqanlıq zəminində kafedə dava salıb və stəkanla onun başına zərbələr endirib.
Müraciətlə bağlı araşdırmalar aparılır.
Bakıda amerikalı qadın ispan müəllimi döydü
07
iyun
12:04

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat