İyunun 14-nə keçən gecə Binəqədi rayonunda baş vermiş ağır qəzada xəsarət alan şəxslərdən biri Kliniki Tibbi Mərkəzdə vəfat edib.
Goradil-Novxanı yolunda "Hyundai” markalı avtomobilin aşması nəticəsində ağır xəsarət alan 1980-ci il təvəllüdlü Əhmədov Fəxri Əkbər oğlu xəstəxanada dünyasını dəyişib.
Qəzada ağır yaralanan 1986-cı il təvəllüdlü K.Rüstəmovanın vəziyyəti isə ağır olaraq qalır, onun müalicəsi xəstəxanada davam etdirilir.
Qeyd edək ki, gecə saat 23 radələrində Dənizkənarı yolda aşan avtomobildə xəsarət alan 1982-ci il təvəllüdlü Əhmədova Vüsalə Məmmədrza qızı, 1999-cu il təvəllüdlü Ağayeva Əsubə Mehdi qızı və sürücü, 1975-ci il təvəllüdlü Əhmədov Mahir Valeh oğlunun həyatına təhlükə olmadığı bildirilib. Yaralanan şəxslərdən Ə.Ağayeva hamilə olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Bakıda ağır qəzada yaralanan şəxslərdən biri öldü
16
iyun
17:11

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat