Dünən Ucar rayonunun Qazyan kəndində ümumi sahəsi 230 kvadratmetr olan ikimərtəbəli evdə yanğın hadisəsi qeydə alınıb.
82 yaşlı Ağahüseyn Qəniyev şəxsi evini oğlu İsa və onun həyat yoldaşı Pərvanə ilə mübahisə nəticəsində yandırıb. Belə ki, oğlunun 2-ci ailəsini qəbul etməyən ev sahibi onların evdə yaşamasına icazə verməyib. Buna görə də A.Qəniyev əvvəllər döyülüb.
Sonuncu mübahisə isə 82 yaşlı kişinin evini öz qızına verəcəyini deməsindən sonra baş verib. Qayınatası ilə dalaşan Pərvanə ona aid olmayan evin sənədlərini götürərək evdən çıxıb. Bundan sonra A.Qəniyev qaz balonunu açıb və öz evində qəsdən yanğın törədib.
O, hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarına mane olub. Nəticədə ev yanaraq kül olub.
Onu da deyək ki, Ağahüseyn Qəniyevin oğlu İsanın ikinci evliliyindən 3 övladı var.
Azərbaycanda gəlini ilə dalaşan qayınata evini YANDIRDI
28
iyun
11:09

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat